Masallıdakı yanğınla bağlı son vəziyyət - VİDEO

   Masallıdakı yanğınla bağlı son vəziyyət  -    VİDEO
  26 Avqust 2022    Oxunub:966
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər:



Xəbər lenti