"Mən hər zaman onu sevəcəyəm" - 25 illik evliliyin sonu

   "Mən hər zaman onu sevəcəyəm" -    25 illik evliliyin sonu
  26 Avqust 2022    Oxunub:1617
Holivvud ulduzu, amerikalı aktyor Silvestr Stallone 25 il evli olduğu həyat yoldaşı Cennifer Flavin ilə ayrılır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Cennifer Flavin həyat yoldaşı Silvestr Stalloneni ailə fondunun vəsaitləri ilə bağlı edilən dələduzluqda ittiham edərək ondan boşanmaq üçün ərizə imzalayıb. Lakin o, bunu boşanmaq üçün tək səbəb görmür.

Deyilənlərə görə, cütlük müntəzəm olaraq mübahisə edirmiş. Boşanmaq həddinə gətirib çıxaran son məqam isə Silvestrin “rotveyler” cinsli iti almaq istəməsi olub. Həyat yoldaşı onun bu istəyini qəti şəkildə rədd edib.
Aktyor xanımı ilə arasında yaranmış mübahisənin it səbəbindən olduğunu təkzib etməyib. Ancaq o, ayrılığa bunun səbəb olmadığını bildirib.

“Biz münasibətimizi belə bir əhəmiyyətsiz məsələ səbəbindən bitirmədik. Sadəcə müxtəlif istiqamətlərə yollandıq. Mənim Cenniferə böyük hörmətim var. Mən hər zaman onu sevəcəyəm. O, heyrətamiz bir qadındır. Cennifər indiyədək tanış olduğum ən gözəl insandır”, - deyə Stallone qeyd edib.

Cenniferin ayrılıq qərarı Silvesteri çox təəccübləndrib. İddialara görə, Stallonenin həyat yoldaşının ondan ayrılmaq istəməsindən xəbərsiz olub.



Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti