Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

   Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub,    1 nəfər ölüb
  26 Avqust 2022    Oxunub:1478
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9 796 nəfər vəfat edib, aktiv xəstə sayı 3 667 nəfərdir.

Ölkədə son sutka ərzində 3 659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.

AzVision.az



Teqlər: COVID-19  



Xəbər lenti