Tacikistan əfqanlara yardım edəcəyinə söz verdi

Tacikistan əfqanlara yardım edəcəyinə söz verdi
  26 Avqust 2022    Oxunub:1369
Tacikistan hakimiyyəti Əfqanıstan xalqına humanitar yardım göstərməyə hazırdır.
Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon deyib. Qeyd olunur ki, Rəhmon BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhidlə əfqanlara beynəlxalq yardımı müzakirə edib.

Rəhmon bildirib ki, Tacikistan tərəfi Əfqanıstan xalqına humanitar yardım göstərmək üçün maddi-texniki imkanlarından geniş istifadə etməyə hazırdır. Bundan əlavə, tərəflər ölkələrini terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəyə çağırıb.


AzVision.az



Teqlər:



Xəbər lenti