Azərbaycanla Ermənistan arasında hazırda müzakirə edilən məsələlər açıqlandı

   Azərbaycanla Ermənistan arasında hazırda müzakirə edilən məsələlər açıqlandı
  27 Avqust 2022    Oxunub:1323
Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir.

Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.


AzVision.az



Teqlər:



Xəbər lenti