İçərişəhərdə polislə gənclər arasında insident: Qardaşlar həbs edildi
Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb.(Qafqazinfo)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


