O zaman sual olunur: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir? Ekspert deyib ki, görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır.
- Misal üçün eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Fizuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək, - politoloq deyib.
Elxan Şahinoğlu onu da vurğulayıb ki, Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər. Hər iki səfir Şuşaya getsələr, erməni lobbisi onların Xankəndinə də enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək.
- ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcək. Başqa alternativləri yoxdur. Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün aydın deyib ki, səfirlərin Şuşaya səfərdən imtinaları ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir? - politoloq qeyd edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


