Əli Əsədov Pakistanın baş nazirinə başsağlığı verib

  Əli Əsədov Pakistanın baş nazirinə başsağlığı verib
  27 Avqust 2022    Oxunub:1670
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabineti məlumat yayıb..

Məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir, faciə nəticəsində yaralananlara şəfa dilənir.

AzVision.az



Teqlər: Əli-Əsədov   Pakistan  



Xəbər lenti