"Qarabağ"dan ukraynalı futbolçu ilə bağlı açıqlama

"Qarabağ"dan ukraynalı futbolçu ilə bağlı açıqlama
  15 Noyabr 2022    Oxunub:728
Ukrayna mətbuatında "Qarabağ"ın Kiyev "Dinamo"sunun hücumçusu Artyom Besedinlə maraqlanması haqda xəbərlər yayılıb. Hətta Ukrayna millisinin üzvü olan 26 yaşlı hücumçunun qışda Ağdam klubuna keçmək ehtimalı olduğu bildirilib.
Ancaq "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib ki, klubun gündəmində belə bir futbolçu yoxdur:

"Bizə təklif olunan və bizim maraq dairəmizdə olan futbolçular çoxdur. Ancaq adıçəkilən futbolçu bizim gündəmimizdə deyil. Adlarla bağlı ancaq rəsmi razılaşma əldə etdikdən sonra məlumat verə bilərik".

AzVision.az



Teqlər:





Xəbər lenti