Çernobıl əlillərinə növbəti ildə də ev veriləcək

   Çernobıl əlillərinə növbəti ildə də ev veriləcək
  27 Dekabr 2022    Oxunub:1852
"2021-ci ildə Çernobıl əlillərinə 258, son iki ildə 331 mənzil təqdim edilib".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də əlillik qazanmış şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti