Metroda həyacan: Qatar tuneldə qaldı
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli AzVision.az -a bildirib ki, “Xətai”-“Cəfər Cabbarlı” mənzilində maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb.
""Bakı Metropoliteni"nin təlimat qaydalarına uyğun olaraq, maşinist dərhal qatarı saxlayıb, texniki baxış təyin olunub. Hər hansı problem olmadığı müəyyən olunsa da, qatara daha bir texniki baxış keçirilməsi qaydalara uyğun olaraq icra olunmalıdır. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə ərzində tuneldə saxlamaq məcburiyyətində qalıb. Daha sonra qatar əlavə texniki baxış üçün təyin olunan zonaya çıxarılıb. Hərəkətin təşkili ilə bağlı hər hansı pronlem yaşanmayıb”.
B. Məmmədov bildirib ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


