Bakıda evli qadınla görüşən oğlan faciəli şəkildə öldü

   Bakıda evli qadınla görüşən oğlan faciəli şəkildə öldü
  29 Dekabr 2022    Oxunub:1340
Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
AzVision.az xəbər verir
ki,Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib. Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.
AzVision.az



Teqlər:



Xəbər lenti