10 əlilliyi olan benefisiara aktivlər təqdim olunub

10 əlilliyi olan benefisiara aktivlər təqdim olunub
  29 Dekabr 2022    Oxunub:856
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı benefisiara fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar təqdim olunub.
Tədbir Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dəstəyi ilə təşkil olunub.

Həmçinin Mərkəzin bir qrup əməkdaşı və benəfisiarlarına təşəkkürnamələr verilib. Təlim müddətini uğurla tamamlayan şəxslər Mərkəz tərəfindən sertifikatlarla təltif olunub.

Layihə çərçivəsində Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı təqdim olunub. Kubalı musiqiçi, musiqi karyerasını 5 ilə yaxındır ölkəmizdə davam etdirən Yanssel Kastellon Mərkəzin benefisiarları ilə eyni səhnəni bölüşüb. Tədbir çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti