Laçın yolundan sülhmərmalıların 8 avtomobilinin keçidinə şərait yaradılıb

   Laçın yolundan sülhmərmalıların 8 avtomobilinin keçidinə şərait yaradılıb
  04 Yanvar 2023    Oxunub:799
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, karvanda olan 5 təminat, 2 təchizat və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 12-yə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 9-u isə Rusiya sülhməramlılarına məxsusdur.

AzVision.az


Teqlər:



Xəbər lenti