Rəsmi Bakı Ermənistana çağırış edib

   Rəsmi Bakı Ermənistana çağırış edib
  04 Yanvar 2023    Oxunub:944
"Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır".
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti