Elçin Quliyev və Şahin Bağırov Naxçıvanda - FOTO

 Elçin Quliyev və Şahin Bağırov Naxçıvanda -    FOTO
  06 Yanvar 2023    Oxunub:2332
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan MR-dakı sərhəd-gömrük buraxılış məntəqələrində olub.
Bu barədə AzVision.az -a komitədən məlumat verilib.

Məlumata görə, Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək, Azərbaycanın İranla sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan rəsmilər xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.









AzVision.az


Teqlər:



Xəbər lenti