BQXK-nin avtomobilləri dəhlizdən maneəsiz keçib

   BQXK-nin avtomobilləri dəhlizdən maneəsiz keçib
  07 Yanvar 2023    Oxunub:962
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 4 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus "KamAZ" markalı maşın da avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

AzVision.az



Teqlər:



Xəbər lenti