Şöbə rəisindən sürücülərə müraciət

   Şöbə rəisindən sürücülərə müraciət
  09 Yanvar 2023    Oxunub:3604
Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev sürücülərə müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

"Qeyri-sabit hava şəraiti ilə bağlı bütün sürücülərdən xahiş edirik zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Eyni zamanda texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi nasaz olan), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çox olur ki, nəticədə hansısa bir xoşagəlməz hallar baş verə bilir".

AzVision.az


Teqlər:



Xəbər lenti