Qar və buzlaşma səbəbindən yollarda 11 qəza olub, 3 nəfər ölüb

   Qar və buzlaşma səbəbindən yollarda 11 qəza olub,    3 nəfər ölüb
  10 Yanvar 2023    Oxunub:692
Mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib.

"Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər".

AzVision.az


Teqlər:



Xəbər lenti