Xəzərdə suitilərin ölüm səbəbi: Zəhərləniblər

      Xəzərdə suitilərin ölüm səbəbi:    Zəhərləniblər
  13 Yanvar 2023    Oxunub:876
"Xəzər dənizinin şimal sahillərində suitilərin nədən ölməsi ilə bağlı araşdırma davam edir".
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülən laborator nümunələrin cavabları üçün müəyyən vaxt lazımdır:

"Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlmişdi və bir qismi isə Azərbaycan sahillərində də aşkar edildi. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək. Lakin qeyd etmək istəyirəm ki, burada hər hansı brokonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi.

Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti