XİN rəhbəri: "Azərbaycanın Laçın yolunu bağlaması iddiaları əsassızdır"
Nazir Ceyhun Bayramov qeyd edib ki, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddialar əsassızdır. “Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin əsassız iddialarını təkzib edir”, - deyə nazir vurğulayıb.
AzVision.az
Teqlər: Laçın







Vaxtında, Aydın, Lazımlı!


