Bir ayda 15 minə yaxın şəxsə qrip peyvəndi vurulub

   Bir ayda 15 minə yaxın şəxsə qrip peyvəndi vurulub
  18 Yanvar 2023    Oxunub:1055
Ötən ilin dekabr ayının 15-dən bu günə qədər 15 minə yaxın qrip peyvəndi istifadə olunub.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qrip əleyhinə peyvəndləmə könüllüdür.

"Uşaqlara 9 aylığından başlayaraq vurula bilər. Xüsusi əks təsiri yoxdur. Hamilə qadınlar və risk qrupunda olanlar risk qiymətləndirilməsi aparılaraq istifadə edə bilərlər. Yalnız qrip peyvəndinin hansısa komponentinə qarşı şiddətli allergiyası olanların vaksin olunması tövsiyə edilmir" - deyə o qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti