Səhiyyə Nazirliyi saxta insulin dərmanı ilə bağlı əhaliyə müraciət edib

   Səhiyyə Nazirliyi saxta insulin dərmanı ilə bağlı əhaliyə müraciət edib
  18 Yanvar 2023    Oxunub:828
Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.
Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətləri aşağıdakı kimidir.


AzVision.az




Teqlər:





Xəbər lenti