Arvad ərin maşınını etibarnaməsiz sürə bilərmi?- RƏSMİ CAVAB

Arvad ərin maşınını etibarnaməsiz sürə bilərmi?-     RƏSMİ CAVAB
  18 Yanvar 2023    Oxunub:2960
Bir müddət öncə Azərbaycanda ər və ya arvaddan birinə məxsus avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli bildiririb polis yol hərəkəti haqqında qanunauyğun şəkildə müvafiq durumda cərimə protokolu yazmaq hüququna malikdir.

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, İnzibati xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir: “Eyni zamanda həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilib”.


Teqlər: Qanun   Yol-hərəkəti  



Xəbər lenti