Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb - VİDEO

   Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb -    VİDEO
  19 Yanvar 2023    Oxunub:971
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.



AzVision.az


Teqlər:





Xəbər lenti