Nazir: "Laçın yolundan hərbçilər qanunsuz şəkildə rotasiya olunurdu"

      Nazir:    "Laçın yolundan hərbçilər qanunsuz şəkildə rotasiya olunurdu"
  20 Yanvar 2023    Oxunub:1127
Hər kəs Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası barədə maraqlanır, narahatlığını ifadə edir. Bəziləri orada guya blokada olduğu təsəvvürünü yaratmağa çalışır.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bır sıra ölkələrdən bəlli çağırışlar olur:

“Burada Ermənistan tərəfindən yanlış gündəlik formalaşdırılır. Orada blokada təsəvvürü yaratmaq niyyəti var. Belə yanlış gündəliyin formalaşmasına çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıq və ardıcıldır. Etirazçılar ilk gündən bəyan ediblər ki, hər hansı humanitar fəlakət yaratmaq, orada yaşayan sadə insanlara qarşı hər hansı niyyət yoxdur. Bu da təsdiq olunur”.

Nazir əlavə edib ki, Laçın yolu üzərindən hərbçilər qanunsuz olaraq rotasiya olunurdu. Bu, əsas 4 qanun pozuntusu istiqamətlərindən biridir.

"Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir".

AzVision.az


Teqlər:





Xəbər lenti