Tofiq Yaqublu azadlığa çıxdı

   Tofiq Yaqublu azadlığa çıxdı
  22 Yanvar 2023    Oxunub:999
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbsdən azad olunub.
AzVision.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbukda məlumat yayıb.

O bildirib ki, atası müalicə aldığı xəstəxanadan çıxıb və evə doğru gəlir.

"1 saata evdə olacaq", - deyə N.Həzi yazıb.

Qeyd edək ki, T.Yaqublu ötən ilin dekabrın 23-də 30 sutkalıq inzibati həbsə məhkum edilmişdi və bu səbəbdən aclıq aksiyası keçirirdi. Aclığa görə səhhətində problemlər yaranan siyasətçi xəstəxanaya yerləşdirilmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti