Stokholmdakı “Qarabağ” məktəbi yeni ünvanda

Stokholmdakı “Qarabağ” məktəbi yeni ünvanda
  10 Fevral 2023    Oxunub:844
Stokholmda İsveç Azərbaycanlıları Birliyi (SAF) təşkilatının nəzdində olan “Qarabağ” məktəbi fəaliyyətini yeni ünvanda davam etdirir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən SAF fəalları və təşkilatın sədri Sevda Dadaşova məktəbin illik proqramı və gələcək layihələrindən danışıblar. “Qarabağ” məktəbinin qarşısına qoyduğu məqsədlərə toxunan Sevda Dadaşova, İsveçdə yaşayan gənc həmyerlilərimizin Azərbaycan dilinə daha yaxşı yiyələnməsinin və milli adət-ənənələrimiz və mədəniyyətimizlə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb, Qarabağ məktəbinin məhz bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.

Sonra yeni tələbə və müəllim heyəti təqdim olunub, SAF təşkilatı tərəfindən keçirilən tədbirlər barədə məlumat verilib. Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində planlaşdırılan tədbirlər barəsində də fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti