Zəlzələdə dağılan binanın podratçısı Türkiyədən qaçmaq istədi

 Zəlzələdə dağılan binanın podratçısı Türkiyədən qaçmaq istədi
  10 Fevral 2023    Oxunub:1119
Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı Mehmet Yaşar Coşkun xaricə getmək istəyərkən hava limanında yaxalanıb.
“TRT Haber”in məlumatına görə, o, Monteneqroya qaçmağa çalışarkən hava limanında polis tərəfindən saxlanılıb.

10 il əvvəl "Cənnətdən bir hissə" reklamları ilə açılışı edilən yaşayış kompleksinin dağıntıları altından yüzlərlə meyit çıxarılıb və axtarışlar hələ də davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti