Azərbaycan yük təyyarələrini Türkiyə üçün səfərbər edib - Çavuşoğlu

   Azərbaycan yük təyyarələrini Türkiyə üçün səfərbər edib -    Çavuşoğlu
  13 Fevral 2023    Oxunub:1380
Azərbaycan yük təyyarələrini Türkiyə üçün səfərbər edib
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, fəaliyyətlər daha çox çadır və konteyner təminatına yönləndirilib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fəaliyyətlərə birbaşa rəhbərlik edir. Bir çox ölkə liderlərinə xüsusilə yük təyyarələrinin göndərilməsi istiqamətində lazımi mesajlar çatdırılıb. Bu mövzuda müxtəlif ölkələr və təşkilatlarla ünsiyyətdəyik. Çadırların ölkəmizə çatıdırlması istiqamətində iş aparılır. Bəzi ölkələrdən də əlavə yük təyyarələri gəlir. Azərbaycan əlindəki yük təyyarlərini səfərbər etdi. Bunun üçün təşəkkür edirik. Hazırda 23 878 çadır ölkəyə gətirilib. Gün ərzində daha 9 min çadır gətiriləcək", - deyə M.Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti