"Özəl xəstəxanaya aparmayın, pulum yoxdur”- VİDEO

 "Özəl xəstəxanaya aparmayın, pulum yoxdur”-  VİDEO
  13 Fevral 2023    Oxunub:1070
Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın dağıntıları altından 138 saat sonra çıxarılan Emine Doğu onu müayinə edən həkimlərə “Qurban olum, özəl xəstəxanaya aparmayın, pulum yoxdur” deyib.
Təcili Tibb Mütəxəssisi Orhan Eroğlu isə ona "Mən sənə qurban olum. Bütün özəlləri sənə qurban edərəm. Əminə bacı 28 il qayınatasına, qayınanasına, 8 il atasına qulluq edib. Mələk anasına baxırdı, mən sənə qurban olum. Səni belə gördüm, ölsəm də qəm yemərəm. Bu, möcüzədir, Allahın möcüzəsidir”, -deyə cavab verib.

Eminə Doğu təcili yardım maşını ilə səhra xəstəxanasına aparılıb və müalicəsini orada davam etdirib.





Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti