"Qara gün dostluğunuzu unutmayacağıq" - Ərdoğan

   "Qara gün dostluğunuzu unutmayacağıq" -    Ərdoğan
  14 Fevral 2023    Oxunub:1839
"Bu fəlakət beynəlxalq həmrəyliyin vacibliyini bir daha göstərdi. Qara gün dostluğunuzu unutmayacağıq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Hökumət Zirvəsinə göndərdiyi video müraciətdə deyib. O bildirib ki, zəlzələnin yaratdığı fəsadlardan zərər çəkən əhalinin sayı 30 milyona çatıb.

"Axtarış-xilasetmə qrupları tərəfindən xilas edilənlərin sayı 8 mini keçib. Biz dövlətimizin bütün imkanlarını səfərbər etmişik. İnşallah, tezliklə dağılmış şəhərlərimizi bərpa etmək üçün səylərimizə başlayacağıq. Bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq. Sizin hüzurunuzda gecə-gündüz komandalarımızı dəstəkləyən bütün dost və qardaş ölkələrə təşəkkür etmək istərdik. Yüz milyonlarla dost və qardaş bizə kömək əlini uzadıb".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti