"İrəvanın göndərəcəyi təkliflər rədd ediləcək" - Politoloq

"İrəvanın göndərəcəyi təkliflər rədd ediləcək" -    Politoloq
  14 Fevral 2023    Oxunub:821
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, onlar rəsmi Bakının İrəvana göndərdiyi sülh müqaviləsinin mətni üzərində işləyirlər.
Qriqoryanın sözlərinə, görə tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək.

Məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, "Görünür, İrəvan ötən ilin mart ayında olduğu kimi rəsmi Bakının göndərdiyi təkliflərə elə bəndlər əlavə edəcək ki, sülh sazişinin mətnini razılaşdırmaq yenə mümkün olmayacaq".

- Məsələn Qriroqyan İrəvanın təkliflərində Qarabağla bağlı maddələrin olduğunu bildirib. Elə bu “bəndin” əlavə edilməsi kifayətdir ki, mətni bəri başdan rədd edəsən,- ekspert qeyd edib.

AzVision.az



Teqlər: Sülh  





Xəbər lenti