Gündüz Nəzərzadə dəfn edildi - FOTOLAR

   Gündüz Nəzərzadə dəfn edildi -  FOTOLAR
  16 Fevral 2023    Oxunub:3354
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri dəfn edilib.
AzVision.az xəbər verir ki, Gündüz Nəzərzadənin nəşi Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb. Ümumilikdə Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.






AzVision.az


Teqlər:





Xəbər lenti