Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub
  16 Fevral 2023    Oxunub:672
Azərbaycan Rəssamlıq Akademiyasının yeni rektoru Natiq Əliyev kollektivə təqdim olunub.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər. Nazir Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti