Köhnə "Jiquli"si ilə məşhurlaşan Sərvərə yeni maşın verildi - FOTO

   Köhnə "Jiquli"si ilə məşhurlaşan Sərvərə yeni maşın verildi -    FOTO
  16 Fevral 2023    Oxunub:2535
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına qırmızı rəngli köhnə avtomobil ilə qoşulan Sərvər Bəşirliyə yeni maşın bağışlanıb.
AzVision.az yeni maşını xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek verib.

Sərvər Bəşirli kömək üçün Türkiyədə olduğundan maşın onun atasına verilib.

Qeyd edək ki, köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan Sərvər Bəşirlinin fotosu geniş yayılmışdı. Onun bu addımı Türkiyədə də geniş rəğbətlə qarşılanmışdı.



AzVision.az



Teqlər:



Xəbər lenti