Biləsuvarda yol-qəzası: 1 ölü, 7 yaralı

   Biləsuvarda yol-qəzası:    1 ölü, 7 yaralı
  19 Fevral 2023    Oxunub:769
Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 nəfərin ölümü və 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti