Malatyada zəlzələ olub

   Malatyada zəlzələ olub
  19 Fevral 2023    Oxunub:1555
Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:04-də qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti