Zaqatalada məktəbdəki aksiya ilə bağlı araşdırma aparılır

   Zaqatalada məktəbdəki aksiya ilə bağlı araşdırma aparılır
  20 Fevral 2023    Oxunub:1018
Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəllim və valideynlərin etiraz aksiyası keçirilir. Belə ki, onlar məktəbə yeni direktor təyinolunan Məhnurə İsmayılovanın vəzifəsindən işdən çıxarılmasını tələb edirlər.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin mətbuat katibi AzVision.az -a açıqlamasında bildirib ki, hazırda məktəbdə araşdırma aparılır:

"Regional idarənin əməkdaşları hazırda məktəbdədir, geniş araşdırma aparılır. Müəllim və valideynlərlə danışılır. Bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti