xeber tekrar
Ötən həftə İrandakı beynəlxalq müşahidəçilər uranın 84 faizə qədər zənginləşdiyini aşkar ediblər.
Bu barədə “Bloomberg” agentliyinə diplomatik mənbələrdən məlumat verilib. Qeyd olunub ki, 84% uran nüvə silahı yaratmaq üçün tələb olunan səviyyədən bir qədər aşağıdır.
Agentliyin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndələri bu məlumatla maraqlanıblar. Departament ölkənin uranın zənginləşdirilməsini qısa müddətdə rekord səviyyəyə çatdırmağı necə bacardığını öyrənməyə çalışır.
Mütəxəssislər İranın uranı zənginləşdirib- zənginləşdirmədiyini və ya belə bir konsentrasiyanın ayrılması üçün istifadə edilən qaz sentrifuqalarında qəsdən yığılma olub-olmadığını müəyyən etməli olacaqlar.
İlkin Nəcəfzadə
AzVision.az
**
Rusiya hücuma hazırlaşır: 5 min hərbçi cəbhəyə göndərilir
“Ukraynın Nikolski rayonunda yerləşən Rusiya hərbçiləri yaxın iki gün ərzində birbaşa cəbhəyə köçürüləcək. Ən çox ehtimal olunan istiqamət Ugledardır”.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib. Onun sözlərinə görə, beş min rus hərbçisini 20-yə qədər “T62” tankı müşayət edir: “Azov sahili boyunca yerləşən hərbi korpus döyüş hazırlığı vəziyyətinə gətirilib”.
İlkin Nəcəfzadə
AzVision.az
**
Ukrayna uzaqmənzilli raketlər alacaq
“Ukrayna Qərb tərəfdaşlarından 120-150 km dərinlikdəki hədəfləri vura bilən uzaqmənzilli raketlər alacaq”.
“RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib. Onun sözlərinə görə, Ukrayna uzaqmənzilli raketlər bu ilin birinci yarısında çatdırılacaq: “ATACMS olacağı ümumiyyətlə fakt deyil. Digər uzaqmənzilli raketlər də var. Raketlərin tədarükündən sonra döyüş meydanında durum dəyişə bilər.
Qeyd edək ki, son iyirmi ildə “Lockheed Martin” müxtəlif konfiqurasiyalarda təxminən 4000 ATACMS istehsal edib. Bu raketlərin bəziləri müttəfiq dövlətlərə satılıb.
İlkin Nəcəfzadə
AzVision.az
**
Hindistan və ABŞ birgə silah istehsalı imkanlarını öyrənirlər
Hazırda Hindistan və ABŞ “M777” yüngül haubitsasının yeni variantını birgə inkişaf etdirmək və istehsal etmək imkanlarını araşdırır.
Bu barədə Hindistan Müdafiə Nazirliyinə istinadən “The Print” nəşri məlumat yayıb. Ehtimal olunur ki, yeni silahların atəş məsafəsi daha da artırılacaq. Qeyd olunib ki, Hindistanın baş nazirinin milli təhlükəsizlik müşaviri Ajit Doval və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan fevralın əvvəlində Vaşinqtonda müvafiq mövzunu müzakirə ediblər.
Plan həyata keçərsə, Hindistan quru qüvvələri tərəfindən artıq alınmış 145 haubitsanın atış məsafəsini artırmaq mümkün olacaq. Bundan başqa, Hindistan öz ərazisində yeni artilleriya qurğuları istehsal etmək hüququ əldə etməyi və sonra ixraca başlamağı gözləyir.
İlkin Nəcəfzadə
AzVision.az
**
Dudadan Lukaşenkaya xəbərdarlıq: “Sonun olacaq”
Polşa prezidenti Anjey Duda hesab edir ki, Minskin Ukrayna münaqişəsində iştirakı Belarus lideri Aleksandr Lukaşenkonun sonu olacaq.
O, bu barədə Ukraynanın “1+1” telekanalının efirində bildirib. Onun sözlərinə görə, belaruslar döyüşmək istəmirlər: “Lukaşenko yaxşı başa düşür ki, bu, onun üçün son son demək olacaq, çünki xalq praktiki olaraq, mənim fikrimcə, ona qarşı olacaq”.
Polşa prezidenti əmindir ki, münaqişədə iştirak edəcəyi təqdirdə vəziyyət Lukaşenkonun nəzarətindən tamamilə çıxa bilər: “Hərbi əməliyyatlar döyüş təcrübəsi olmayan bir çox belarus üçün ölüm deməkdir”.
İlkin Nəcəfzadə
AzVision.az
**
Kosmosa səyahət beynin işini dəyişdirir
Belçikanın Liege Universitetinin alimləri müəyyən ediblər ki, kosmosda altı ay qaldıqdan sonra beynin işi dəyişir.
“Communications Biology” jurnalında dərc edilən araşdırmaya görə, beyin sıfır cazibə şəraitində belə həyata uyğunlaşır. Müəlliflər 14 astronavtın kosmosa uçuşdan əvvəl və sonra beyinlərinin maqnit rezonans tomoqrafiyasının (MRT) məlumatlarından istifadə ediblər. MRT zamanı astronavtlar heç bir tapşırıq yerinə yetirməyiblər, bunun sayəsində tədqiqatçılar istirahət zamanı beynin işini izləyiblər.
Beləliklə, kosmosdan qayıdan şəxslərin beynin struktur əlaqəsində dəyişikliklər qeydə alınıb. Bu yollar vasitəsilə beyin bölgələri arasında anatomik (sinaptik) əlaqəni xarakterizə edir. Yoxlamalar zamanı müəyyən edilib ki, beynin müxtəlif növ məlumatların inteqrasiyasını dəstəkləyən sahələrində əlaqə dəyişib.
Tədqiqatçılar izah ediblər ki, dəyişikliklər öyrənmə qabiliyyətini yaxşılaşdırılıb. Nəticədə beyin sıfır cazibə şəraitində həyata adaptasiya ola bilib.
İlkin Nəcəfzadə
AzVision.az
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


