
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev, vətən uğrunda canından keçən şəhidlər və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yasamal rayon prokuroru Elman Süleymanov, rayon prokurorunun müavini Rəşadət Orucov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov və rayon prokurorluğunun əməkdaşları “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu”, “Prokurorluq orqanlarında həyata keçirilən islahatlar”, “İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti”, “Prokurorluq orqanlarında istintaq” və digər mövzularda çıxış ediblər.

Çıxışlardan sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısa metrajlı film izləndikdən sonra gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Tələbələr rayon prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış iş şəraiti ilə əyani olaraq tanış olub.








AzVision.az