Azərbaycanda iranlı narkotacirlərin daha bir dəstəsi saxlanıldı - VİDEO

   Azərbaycanda iranlı narkotacirlərin daha bir dəstəsi saxlanıldı -    VİDEO
  21 Fevral 2023    Oxunub:866
Azərbaycanda iranlı narkotacirlərin daha bir dəstəsi ifşa edilib.
DİN Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı Binə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıb. Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.

E.Əsədovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Rayonda keçirilən digər əməliyyatlar zamanı isə 5 evdən, mağazadan, həmçinin 9 avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti