"Polislər şəxsin təkrar zorakılıq qurbanına çevrilməsinə göz yummamalıdır"

   "Polislər şəxsin təkrar zorakılıq qurbanına çevrilməsinə göz yummamalıdır"
  22 Fevral 2023    Oxunub:942
Mühafizə orderlərinin verilməsi ilə məşğul olan polis və digər müvafiq orqanları öz fəaliyyətlərində gender amilini nəzərə alan yanaşmaları tətbiqi etməyə təşviq etmək üçün nəzərdə tutulmuş ətraflı protokollar va təlimatlar mövcud olmalıdır.
AzVision.az xəbər verir ki, bu "Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" hesabatında əksini tapıb.

Hesabata əsasən, gender amilini nəzərə alan yanaşmalara qurbanları günahlandırmaq, zorakılığa göz yummaq va ya zorakılığı qəbul etmək və gender stereotiplərini
təbliğ etmək kimi təkrarən qurbana çevrilmə durumuna səbəb olan münasibətə və hərəkətlərə yol verməmək daxildir.

Mühafizə orderlərinin tələblərinin yerinə yetirilməsinin polis tərəfindən monitorinq olunması təmin edilməlidir. Yerli monitorinq qruplarını qurumlararası əlaqələndirici orqan kimi onların rolu barədə aydın daxili
təlimatlar və qaydalar ilə təmin edən normativ aktlar qəbul edilməlidir.

Mühafizə orderlərinin verilməsi qaydası haqqında məlumatların təqdim edilməsi və müvafiq dövlət orqanlarının internet saytlarında nümunəvi formaların yerləşdirilmasi aidiyyəti orqanların vəzifələrinə daxil edilməlidir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti