Ötən il 146 qısa müddətli mühafizə orderi verilib

 Ötən il 146 qısa müddətli mühafizə orderi verilib
  22 Fevral 2023    Oxunub:1152
"2022-ci ildə məişət zorakılığı ilə bağlı 146 qısa müddətli mühafizə orderi verilib".
AzVision.azxəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, qısa müddətli mühafizə orderlərinin verilməsində ötən illə müqayisədə 2 dəfə artım var:

"Əvvəlki illərdə dövlət komitəsi icra hakimiyyətlərinə müraciət edərək mühafizə orderlərinin verilməsinə nail olurdusa, artıq bizim iştirak olmadan da orderlərin verilmə sayı artıb. Ötən il verilən qısa müddətli mühafizə orderlərinin 46-sı komitənin müraciəti əsasında verilib".

T İbrahimova bildirib ki, uzunmüddətli mühafizə orderlərinin verilməsi sayı çox azdır: "2022-ci ildə 12 uzunmüddətli mühafizə orderi verilib. Buna səbəb hüquqi prosedurda boşluqların olması ilə bağlıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti