Ötən il 2 cinsi azlıq zorakılıqla bağlı komitəyə müraciət edib

   Ötən il 2 cinsi azlıq zorakılıqla bağlı komitəyə müraciət edib
  22 Fevral 2023    Oxunub:989
Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 544 vətəndaş məişət zorakılığı ilə bağlı müraciət edib.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, müraciət edən şəxslərdən 20-si kişi, 475-i isə qadın olub:

"Müraciətlərin 81-i uşaqlarla bağlı olub. Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304 fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti