Şahdağ Milli Parkında yanğın başlayıb - FOTO

   Şahdağ Milli Parkında yanğın başlayıb -    FOTO
  22 Fevral 2023    Oxunub:863
İsmayıllı rayonundakı meşə ərazisində yanğın başlayıb.
AzVision.az xəbər verir ki, yanğın bu gün Şahdağ Milli Parkının İsmayıllının Xanagah kəndi ərazisindəki meşə sahəsində başlayıb və hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətinləşir. Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisənin baş vermə səbəbi hələ ki bilinmir.



AzVision.az


Teqlər:



Xəbər lenti