Ceyran Abbasova: "Ağalıda artıq böyüyəcək 3 körpəmiz var"

   Ceyran Abbasova:  "Ağalıda artıq böyüyəcək 3 körpəmiz var"
  23 Fevral 2023    Oxunub:1715
"Zəngilan rayonun Ağalı kəndində 30 ildən sonra ilk körpə dünyaya gəlib. Lakin bundan öncə 2022-ci ilin dekabrında Ağalı qeyiyyatında olan daha 2 körpə doğulub. Onlardan biri qız, digəri oğlandır".
Bunu AzVision.az -a açıqlamasında Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova deyib. O bildirib ki, Ağalıya köç etməli olan iki nəfər hamilə qadının yol getməsinə icazə verilməmişdi:

"Həkim göstərişi ilə yataq rejimində qalmalı idilər. Artıq onların doğuşu Bakıda reallaşıb, Beləliklə, Ağalının 3 balaca sakini var. Yaz fəslində onların bura gəlişini gözləyirik".

C. Abbasova bildirib ki, Ağalıda daha 3 körpənin yolunu gözləyirlər:

"Kənd sakinləri arasında daha 3 hamilə qadınımız var. Onların yay aylarında körpələrini qucaqlarına almalarını gözləyirik. Hamilə qadınlar daim diqqətdə saxlanılır, Beyləqan rayon Mərkəzi Xəstənasından ginekoloq və UZİ həkimi gəlir, onları müayinə edir. Eyni zamanda burada olan hərbçilərdən iki nəfərin hamilə qadını bizdə qeydiyyatdadır və onlar da daim nəzarətdə saxlanılır".

Aytən Zəhra
AzVision.az





Teqlər:





Xəbər lenti