"Azərbaycan erməni əhalinin yaşadığı bölgənin təchizatında müdaxilə etmir"

“Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, ilk növbədə, 30 illik işğal dövründə və bu günə kimi həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəliyinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib.
Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib”.
AzVision.az
Teqlər: