Vado Korovin “Space”-in bədii rəhbərini işdən çıxardı

   Vado Korovin “Space”-in bədii rəhbərini işdən çıxardı
  23 Fevral 2023    Oxunub:1548
“Space” TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.
2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.

İman Məcidov açıqlamasında xəbəri təsdiqləyib:

“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə, mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik”.

Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.(Axsam.az)

AzVision.az


Teqlər:





Xəbər lenti