Sabirabadda “Mercedes” yük avtomobili ilə toqquşdu , ağır yaralı var

   Sabirabadda “Mercedes” yük avtomobili ilə toqquşdu ,    ağır yaralı var
  24 Fevral 2023    Oxunub:813
Bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliynin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti